...

Türkiyədə suriyalı qaçqınların sayı 700 min nəfəri ötüb

Siyasət Materials 7 Fevral 2014 15:55 (UTC +04:00)
Türkiyədə suriyalı qaçqınların sayı 700 min nəfəri ötüb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Fövqəladə halların nəticələrinin qarşısının alınması və aradan qaldırılması İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay deyib.
Türkiyədə suriyalı qaçqınların sayı 700 min nəfəri ötüb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə suriyalı qaçqınların sayı 700 min nəfəri ötüb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Fövqəladə halların nəticələrinin qarşısının alınması və aradan qaldırılması İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay deyib.

Onun sözlərinə görə, Suriyada hərbi əməliyyatların davam etməsi ilə əlaqədar bu ölkədən olan qaçqınların sayı artır.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti