Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir T.Cəfərov/
İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur martın 12-14-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsaəsn, səfərdə məqsəd ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və konsulluq məsələlərinə dair müzakirələrin aparılmasıdır.
İbrahim Rəhimpurun Bakıdan sonra Naxçıvana da səfəri gözlənilir.