...

Tovuz rayonunda saxlanılan Ermənistan vətəndaşının kimliyi məlum oldu (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Mart 2014 18:44 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
Tovuz rayonunda saxlanılan Ermənistan vətəndaşının kimliyi məlum oldu (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 17:43-də yayılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.

Trend-in Türkel TV-yə istinadən verdiyi məlumata görə, Tovuzda saxlanılan erməni gəncin adı bəlli olub. Bu şəxs 1991-cı il təvəllüdlü Xocayan Arsendir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir.

Onun sözlərinə görə, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Həmin şəxs artıq Bakıya gətirilir. O, yalnız erməni dilini bildiyi üçün sabah dindiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti