...

Avropa Parlamenti Rusiyanın Krımdakı fəaliyyətini pisləyən qətnamə qəbul edib

Siyasət Materials 13 Mart 2014 17:31 (UTC +04:00)
Avropa Parlamenti Rusiyanın Krımdakı aqressiyasını pisləyən qətnamə qəbul edib və yarımadanı Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb.
Avropa Parlamenti Rusiyanın Krımdakı fəaliyyətini pisləyən qətnamə qəbul edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 mart /Trend/

Avropa Parlamenti Rusiyanın Krımdakı aqressiyasını pisləyən qətnamə qəbul edib və yarımadanı Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə "Rusiyanın Ukraynaya müdaxiləsi" adlı qətnamədə deyilir.

Avropalı deputatlar Rusiya qoşunlarının daimi dislokasiya yerlərinə qayıtmasını tələb edirlər.

Onlar martın 16-da Krımda keçiriləcək referendumu qanunsuz hesab edirlər.

Deputatlar qeyd edirlər ki, Rusiyanın fəaliyyəti BMT-nin Nizamnaməsini, 1975-ci il Helsinki Yekun Aktını, Avropa Şurasının Nizamnaməsini və digər beynəlxalq müqavilələri pozur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti