...

İranın Atom Enerjisi Təşkilatı: "Ərak" ağır su reaktoruna təxribat xarakterli hücumların qarşısı alınıb

Siyasət Materials 15 Mart 2014 18:30 (UTC +04:00)
Ötən bir neçə ay ərzində milli təhlükəsizlik qüvvələrinin köməyi ilə ölkənin nüvə sənayesinə bir sıra təxribat xarakterli hücumların qarşısı alınıb.
İranın Atom Enerjisi Təşkilatı: "Ərak" ağır su reaktoruna təxribat xarakterli hücumların qarşısı alınıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Cəfərov/

Ötən bir neçə ay ərzində milli təhlükəsizlik qüvvələrinin köməyi ilə ölkənin nüvə sənayesinə bir sıra təxribat xarakterli hücumların qarşısı alınıb. Bunu İranın Atom Enerjisi Təşkilatı sədrinin müdafiə və təhlükəsizlik üzrə müavini Əli Əsğər Zarian bu gün deyib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verir.

Zarian bildirib ki, belə təxribat hücumlarından biri "Ərak" ağır su reaktorunda baş verib və təxribatın qarşısı alınıb.

"Ərak" ağır su reaktoru İranın Ərak şəhərindən 75 kilometr şimal-qərbdə yerləşir. Zavodun tikintisinə 1998-ci ildə başlanılıb və layihələndirmə və tikmə işlərini İranlı mütəxəssislər həyata keçirir.

Sabiq Prezident Mahmud Əhmədinejad zavodun açılışını 2006-cı ildə edib. Zavod tam gücü ilə yaxın 2-3 ilə isitfadə oluancağı ehtimal olunur. İran və 5+1 ölkələri arsında 2013-cü ilin noyabr ayında Cenevrədə əldə olunan razılıq əsasında İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin ölkənin bəzi həssas nüvə obyektlərinə o cümlədən Ərak ağır su zavoduna baxış keçirməyə icazə verib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti