Azərbaycan, Bakı, 16 mart /Trend/
Respublika Siyasi və Sosioloji Araşdırmalar İnstitutunun 200 seçki məntəqəsində keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, ümumkrım referendumunda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasını istəyir.
"Exit-poll"un nəticələri səsvermə başa çatandan dərhal sonra açıqlanıb.