Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Əhmədova/
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Bu barədə Trend Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Səfir A.Coşqun təbrik mesajında bildirib: "Baharın gəlişini və təbiətin yenidən oyanışını müjdələyən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruzun qardaş Azərbaycan xalqı və türk dünyasına sülh, əmin-amanlıq və bərəkət gətirməsini arzu edirəm. Bu vəsiləylə azərbaycanlı qardaşlarımızın Novruz bayramını ən səmimi duyğularla təbrik edirəm".