...

XİN: Rusiyanın G8-də iştirakı dayandırılmayıb

Siyasət Materials 18 Mart 2014 17:46 (UTC +04:00)
Rusiyanın "Böyük səkkizlik" təşkilatında (G8) iştirakı dayandırılmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.
XİN: Rusiyanın G8-də iştirakı dayandırılmayıb

Azərbaycan, Bakı, 18 mart /Trend/

Rusiyanın "Böyük səkkizlik" təşkilatında (G8) iştirakı dayandırılmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.

Fransa XİN rəhbəri Loran Fabius bu gün bəyan etmişdi ki, Rusiyanın "səkkizlik qrupu"nda iştirakı dayandırılıb.

R.Nadal bildirib: "Nazir yalnız daha əvvəl danışdıqlarımızı xatırladıb. Belə ki, G7/G8 çərçivəsində Soçidə keçirilməli olan sammitdə Rusiyanın iştirakının dayandırılmasına dair kollektiv şəkildə qərar qəbul edilmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti