...

İlham Əliyev Roma Papasını təbrik edib

Siyasət Materials 18 Mart 2014 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik mətubu ünvanlayıb.
İlham Əliyev Roma Papasını təbrik edib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik mətubu ünvanlayıb.

Təbrikdə deyilir: "Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin inkişafı bundan sonra da ümumbəşəri dəyərlərin təntənəsinə, insanlar arasında qarşılıqlı anlaşma, hörmət və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir".

İlham Əliyev Roma Papasına möhkəm cansağlığı, müqəddəs amallar naminə fəaliyyətində uğurlar, məsləkdaşlarına daim əmin-amanlıq və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti