...

Van Rompey: G7 ölkələrinin liderləri iyunda Brüsseldə toplaşacaqlar

Siyasət Materials 25 Mart 2014 00:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

"Böyük yeddilik" (G7) ölkələrinin liderləri Soçidə təşkili nəzərdə tutulan "Böyük səkkizliy"in (G8) sammitinin əvəzinə iyun ayında Brüsseldə xüsusi sammit keçirəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsinə Avropa Şurasının sədri Herman van Rompey yazıb.

O, qeyd edib ki, G7 ölkələrinin lideri iyun ayında yenidən Brüsseldə görüşəcəklər: "Liderlər Soçidəki sammitdə iştirak etməyəcəklər".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya G8 formatına yapışıb qalmayıb: "Əgər bu format Qərbə lazımdırsa, o zaman problemləri digər forumlarda, o cümlədən G20 çərçivəsində müzakirə etmək olar".

Xəbər lenti

Xəbər lenti