...

Ankarada MSK-nın binası qarşısında etiraz aksiyası keçirilir

Siyasət Materials 1 Aprel 2014 17:33 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında etiraz aksiyası keçirilir.
Ankarada MSK-nın binası qarşısında etiraz aksiyası keçirilir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin paytaxtı Ankarada Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında etiraz aksiyası keçirilir.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) təqribən 500 tərəfdarı MSK-nın binası qarşısında toplaşıb. Aksiya iştirakçıları səslərin yenidən hesablanmasını tələb edirlər. Ankarada bələdiyyə seçkiləri zamanı hakim partiyanın üzvü Melih Gökçek qalib gəlib.

Ötən gecə də Ankarada etiraz aksiyası keçirilib.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti