...

Mübariz Əhmədoğlu: Ermənistanın Qərbə doğru qaçmağa mükəmməl və hər an reallaşdırıla bilən planı var

Siyasət Materials 3 Aprel 2014 12:22 (UTC +04:00)
"Qərbə doğru qaçmağa Ermənistanın mükəmməl və hər an reallaşdırıla bilən planı var". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Ermənistanın Qərbə doğru qaçmağa  mükəmməl və hər an reallaşdırıla bilən planı var

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Qərbə doğru qaçmağa Ermənistanın mükəmməl və hər an reallaşdırıla bilən planı var". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, milliyətcə erməni, əsl familiyası Kələntəryan olan və Rusiyanın xarici işlər nazirliyini erməni yuvasına çevirmiş S.Lavrovun "indi Ukrayna ilə assosiativ müqavilənin siyasi hissəsini imzalayan Aİ iyunda bunu Ermənistanla imzalamaqdan imtina etmişdi" bəyanatı Ermənistanda mesaj kimi qəbul edildi: "Baş nazir Tiqran Sarkisyan dərhal Brüsselə göndərildi və Ermənistanla Aİ arasında assosiativ müqavilənin siyasi hissəsini imzalamağı aktuallaşdırdı. Lavrovun bəyanatı ilə T.Sarkisyanın Brüsselə göndərilməsi arasında məsafə cəmi üç gün oldu. Bu Rusiya erməniləri ilə qalan ermənilərin koordinə olunmuş işinin müasir dövrdə ən bariz misalıdır. S.Lavrov həm də Rusiyadakı ermənilərin Qərb ideyalarından uzaq olmadığını göstərdi".

M.Əhmədoğlu qeyd edib ki, "Rusiyanın Ermənistan vasitəsilə İrana təzyiq edə bilməsi və İranın belə təzyiqdən narahat olması və İran Ermənistanda Qərblə əməkdaşlığa hazırdır" tezisləri İranda nəşr olunan erməni mətbu orqanlarının hamısında nəşr olunan jurnalist Rubik Minasyan Yerevanda keçirdiyi mətbuat konfransının əsas tezisləri idi: "Keçmişin mübahisəsiz vacibliyinə diqqət verərək, biz həm də gələcəklə yaşamalıyıq. XXI əsrdə yaşayarkən bir inanırıq ki, gələcəyə gedən yol Ermənistanla Türkiyənin arasında sərhədlərin açılmasından və diplomatik münasibətlərin qurulmasından keçir" - Ermənistan Təhlükəsizlik Şurasının Katibi A.Baqdasaryan bu fikirləri Yerevanda "NATO-nun Cənubi Qafqazda tərəfdaşlığı: regional təhlükəsizliyə strateji yanaşma" mövzusunda keçirilən konfransda bildirdi. NATO-nun Ermənistanda səfərdə olan Cənubi Qafqazla əlaqələr üzrə zabiti U.Lahyu Ukrayna ilə əlaqəli Ermənistanın mövqeyinin NATO-Ermənistan əlaqələrinə təsir etməyəcəyini bildirdi. Yalnız Ermənistan özü NATO ilə münasibətlərini dəyişə bilər. ABŞ-ın Ermənistandakı səfirinin Ukrayna hadisələri ilə bağlı mövqeyi ziddiyyətli oldu. O əvvəlcə prezident S.Sərkisyanın V.Putinlə telefonla danışığında Krımla bağlı səslənmiş mövqeyi barədə təəssüfünü bildirdi. BMT BA-dakı məlum səsvermədən sonra isə səfir heç nə olmamış kimi ABŞ-Ermənistan münasibətlərini bundan sonra daha sıx davam edəcəyini bildirdi".

Politoloq deyib ki, Böyük Britaniyanın Ermənistanda səfiri Ketrin Liç çox qəliz və mürəkkəb vəziyyətə düşdü. O, əvvəlcə Krımda keçirilən referendumu qeyri-qanuni adlandırdı. Ermənistanın Rusiya və KTMT ilə əməkdaşlıq etməsi fonunda NATO ilə əməkdaşlığından təsirləndiyini bildirdi: "Ermənistan və Rusiya prezidentləri telefonla danışdıqdan sonra səfir K.Liç Krımı millətlərin öz müqəddəratını təyin etmək üçün yaxşı misal hesab etmədiyini bildirdi. Britaniya səfiri S. Sərkisyanla V.Putinin telefon danışığı zamanı səsləndirdiyi fikirlərdən narahat olduğunu bildirdi. Bir gün keçmiş səfir S.Sərkisyanın Putinlə telefonla danışığına haqq qazandırdı; guya Sərkisyan Putinlə danışıqda beynəlxalq hüququ müdafiə edib və buna görə də səfir K.Liç Sərksiyana minnətdarlığını bildirdi. Britaniya səfirinin qısa müddət ərzində 4 dəfə mövqeyini dəyişdi. Almaniyanın Ermənistandakı səfiri R.Morrel də prezident S.Sərkisyanın V.Putinlə telefonla danışığına haqq qazandırdı; Ermənistan prezidenti yalnız millətlərin öz müqəddəratını təyin etmə hüququnu tanıyıb, Krımın anneksiyasını yox. Ermənistanın antirusya qüvvələri cəmləşdirməsi,onları indiki şəraitdə ideal formada idarə etməsi göz qabağındadır. Rusiyanın təsirindən çıxmağa və Qərbə doğru qaçmağa Ermənistanın mükəmməl planı var və bu plan hər an reallaşdırıla bilər.Bəzi ermənilərin familiyasının tutaq ki, Lavrov,Manuçarov, Çılinqarov olması onların rusa çevrildiyi anlamına gəlmir.Bu adamlar öz erməniliklərini ağılla gizlədə biliblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti