...

XIN: Türkiyənin Baş naziri Prezident ola bilər

Siyasət Materials 10 Aprel 2014 09:59 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti seçilə bilər.
XIN: Türkiyənin Baş naziri Prezident ola bilər

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti seçilə bilər. Bunu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı "Anadolu" agentliyi yayıb.

Onun sözlərinə görə, lakin Baş nazirin prezident seçkilərində iştirak üçün öz namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti