...

Üçüncü qüvvələrin Xəzərdə təhlükəsizliyi təmin etməsinə icazə verilməyəcək

Siyasət Materials 16 Aprel 2014 12:12 (UTC +04:00)
Xəzərin təhlükəsizliyinin təmini qonşu ölkələrin əməkdaşlığı ilə həyata keçirilir və üçüncü qüvvələrin bu bölgədə olmasına icazə verilməyəcək.
Üçüncü qüvvələrin Xəzərdə təhlükəsizliyi təmin etməsinə icazə verilməyəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T.Cəfərov/

Xəzərin təhlükəsizliyinin təmini qonşu ölkələrin əməkdaşlığı ilə həyata keçirilir və üçüncü qüvvələrin bu bölgədə olmasına icazə verilməyəcək. Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari Ənzəli şəhərində İran HDD-nin dördüncü bölgə komandanlığına (Şimal komandanlığı) baxış keçirdiyi zaman deyib.

Xəzər dənizi sahillərində yerləşən dördüncü bölgə komandanlığı Xəzərdə İranın mənafeyini qorumaq və təhlükəsizliyin təminində əhəmiyyətli rol oynayır.

H.Səyyari bildirib ki, Xəzər sülh və dostluq dənizidir və bu dənizin təhlükəsizliyinin təmin edilməsində başqalarının iştirakına icazə verilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti