...

MTN-in Aparat rəhbəri: Erməni diasporu 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır

Siyasət Materials 23 Aprel 2014 13:06 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir.
MTN-in Aparat rəhbəri: Erməni diasporu 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir. Trend-in məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bu, vacib məsələdir.

Onun sözlərinə görə, artıq erməni diasporu o qədər güclüdür ki, 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır: "Biz də bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var. 2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb. 2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildə bu rəqəm 35%-in 65%-ə nisbətində olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu, bizim Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədar təşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çap olunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdə Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə bunu dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraq mübarizəni genişləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti