Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 10 marşrut üzrə nizami yürüşə başlayıb.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, may 10-da saat 12:00-dən etibarən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə nizami yürüş-gəzinti təşkil edilir.