Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanlı politoloq erməniləri dəstəkləyən rusiyalı məşhur mütəxəssisə sərt ismarış ünvanlayıb.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend-ə bildirib ki, Rusiya-Azərbaycan münasibətləri SSRİ dağıldıqdan sonra ziqzaqvari inkişaf edib. Azərbaycanın Rusiyaya münasibəti stabil və yaxşı olduğu halda bu münasibətlərdə həlledici rola malik Rusiyanın mövqeyi dəyişkən olub: "Azərbaycan Rusiya istiqamətində müstəqil siyasət qura bildiyi halda, təəssüf ki, Rusiya Azərbaycanla münasibətdə müstəqil siyasət qura bilməyib. Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə ermənilərdən asılı olub. Ermənilər Rusiyanın xarici siyasətinin digər sahələrinə də güclü təsir imkanlarına malikdirlər. Rəsmi Moskvanın anti-Azərbaycan addımları çox olub, hətta Rusiya Azərbaycanı blokadaya almağa cəhd edib. Lakin Azərbaycan rəsmi Moskvanın anti-Azərbaycan siyasətinin irəliləməsinə imkan verməyib".
M.Əhmədoğlu hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərində Kremlin rolu daha çox fəaliyyətsizlik kimi qəbul edilə bilər. Rusiya ekspertlərinin, ermənipərəst dövlət və siyasi xadimlərinin ardıcıl anti-Azərbaycan kampaniyaları da Kremldən heç vaxt "dayan" göstərişi almayıb. Azərbaycan Rusiyanın belə münasibətinə vərdişkardır və bu şəraitdə Rusiya ilə münasibətləri inkişaf etdirməyin formulunu tapıb. Lakin son dövrlərdə Aleksandr Duqin, Reşetnikov kimi nüfuzlu siyasilərin də anti-Azərbaycan kampaniyasına qoşulması, Azərbaycana hədə-qorxu gəlmələri ilk növbədə təəssüf doğurur: "Duqinin son zamanlardakı anti-Azərbaycan fikirləri cəmiyyətimizdə anti-Rusiya elementlərinin aktivləşməsinə şərait yaradıb. Rusiyada milliyətcə rus olan elə ekspertlər var ki, onlar Moskvanı Stepanakertə bərabər tuturlar və belə təlqin edirlər ki, Moskva Stepanakertlə bərabər olduğu üçün fəxr etməlidir. Ümumi xristianlıq adı altında çıxış edən bir qrup siyasilər, o cümlədən İctimai Palata üzvləri rus pravoslavlığının erməni Apostol kilsəsinin təsiri altına keçməsini təbliğ edirlər. Apostolçuluq xristianlıqda ən yüksək mərtəbələrdən biridir. Bizim nöqteyi-nəzərimizcə isə Duqin rus millətinin vicdanı adlanmağa iddialıdır. Amma xırda intriqana çevrilib".
Mərkəzin direktorunun fikrincə, bu gün rus xalqının diplomatiyası yoxdur: "Paradoksdur, amma belədir. Vaxtilə Rusiyanın ən nüfuzlu səfirini öldürən ermənilər bu gün rus diplomatiyasının təxminən yarısının birbaşa sahibidirlər. Qalan yarısında da istiqamətverici rola malikdirlər. Duqin yaxınlarda bilib ki, Lavrov etnik ermənidir və familiyası Kələntərov-Kələntəryandır. Rus diplomatiyasını Duqinlər yaratmalıdır".
M.Əhmədoğlunun sözlərinə görə, rus xalqının ictimai-siyasi mühiti yoxdur və əksəriyyəti ermənilərin əlindədir: "Rus xalqının heç mətbu orqanları, təbliğat vasitələri də yoxdur. Hamısı ermənilərlə şəriklidir. Kino və mədəniyyət sahəsində isə ermənilər "sağ olsunlar" ki, rusları Rusiyanın bu sahəsinə şərik qoşublar. Rusiya dünya ağalığı iddiasındadır, amma öz ölkəsinin daxilindən xəbəri yoxdur. Ermənilər özlərini türklərin boynunda oturmuş "əli ülgüclü" adam adlandırırlar. Həmin ermənilər rus xalqının boynuna sarılmış gürzə ilandır. Birinci fürsətdə yuxu arteriyasından sancacaq. Bunları duqinlər fikirləşməli və həll etməlidirlər".
O, qeyd edib ki, biz öz ictimaiyyətimizə ermənilərin Rusiyaya olan real sifətini təqdim etməklə cəmiyyətimizdə antirusiyaçılığın artmasının qarşısını almağa çalışırıq: "Duqin Azərbaycana qarşı yeni-yeni təzyiq formaları axtarır: Azərbaycan çoxmillətlidir, ləzgi məsələsini qaldıracağıq. Azərbaycan kifayət qədər güclü dövlətdir. Bu o deməkdir ki, Azərbaycanın resursları stabilliyin təmin olunmasında iştirak etməklə yanaşı, həm də regional stabilliyin pozulmasına yönələ bilər. Şimali Qafqazda Duqinin dediyi gərginlik yaranarsa, Azərbaycan hər halda indikindən fərqli mövqe ortalığa qoya bilər. Şimali Qafqazda vəziyyətdəki sabitlik Azərbaycanın və Rusiyanın marağında, gərginlik isə Ermənistanın marağındadır. Bu barədə Qərblə kifayət qədər ciddi danışıqlar aparılıb. Ləzgi separatçıların başçısı A.Məhərrəmovun "Avropa İttifaqı turnesi" ermənilər tərəfindən təşkil edildi. Ermənistan prezidenti Serj Sarkisyan Qərbin Şimali Qafqazdakı planlarına tam bələd olan şəxsdir. Çərkəz soyqırımını da tanıyan ermənilərdir. Azərbaycanlılar və ya türklər deyil. Buyursun Duqin, Azərbaycanda ləzgi məsələsini qaldırsın. Duqin kimilərin son dövrdəki fəaliyyəti Azərbaycanın Rusiyaya inamını azaldıb, şübhəsini artırıb. Azərbaycan artıq özünümüdafiə istiqamətində lazımi addımları atıb. Bu gün Rusiya bizim üçün erməniləri hərtərəfli dəstəkləyən dövlətdir. Duqin bunu bizim ictimai şüurdan silmək istiqamətində fəaliyyət göstərmək əvəzinə, Rusiyanın ermənipərəstliyi imicini daha da möhkəmləndirir. Ermənilər Rusiyanın səfirini öldürməklə, Moskvada metro partlayışı törətməklə, Sovet rublunu saxtalaşdırmaqla, SSRİ-nin dağılmasında Qərbin planlarını reallaşdırmaqla Rusiyanın strateji müttəfiqi oldular və indi bu gün Duqin kimiləri də idarə edirlər. Keçmiş SSRİ-nin ordusuna ilk hücumlar da Ermənistandan başladı. 7-ci ordu Ermənistandan qovuldu. 90-cı illərdə Azərbaycan ordusu Xankəndinə az qalmış Ermənistanın prezidenti L.Ter-Petrosyan Moskvaya qaçdı və Yeltsinə yalvardı. Yeltsin Rus ordusunun Azərbaycana köməyini dayandırdı və Ter-Petrosyanın xahişini yerinə yetirərək yenidən Rusiyanın hərbi bazasının Ermənistana qayıtmasına göstəriş verdi. SSRİ-nin 7-ci ordusunun RF-nin 102-ci hərbi hissəsinə çevrilməsinin qısaca tarixi belədir. İndi Ermənistan Rusiya hərbi bazasının mövcudluğundan istifadə edərək Azərbaycanı, Türkiyəni, Gürcüstanı, İranı açıq və gizli formada hədələyir. İndi ermənilər ABŞ-dan SSRİ-ni dağıtmaqları istiqamətlərindəki fəaliyyətlərinin əvəzini tələb etməyə başlayıblar. Amerikalı həmsədrin son ermənipərəst reveranslarının da alt qatlarında bu dayanır. Ermənistan istənilən anda Qərbə doğru qaçmağa hazırdır. Serj Sarkisyan bunu dəfələrlə bəyan edib. Sonuncu dəfə isə Fransua Ollandla görüşəndə Rusiya-Ermənistan münasibətlərini kinayəli şəkildə təqdim etdi: fransızlarla ermənilər arasındakı əlaqənin tarixi 14-cü əsrin əvvəllərindən başlayır, ermənilərin Rusiya ilə münasibətlərinin isə cəmi 250 il yaşı var. Bu həmin Sarkisyandır ki, "Moskovski Novosti" qəzetinə verdiyi müsahibədə ermənilərin SSRİ-ni dağıtdığını açıq şəkildə etiraf etmişdi. M.Kolerov, Tarasov, K.Zatulin, A.Zaxarov və S.Lavrov-Kələntəryan-Kələntərovun bu mövzuda S.Sarkisyana irad bildirməmələrini başa düşmək olar. Kremlin susmasını, A.Duqinin və Reşetnikovun, eləcə də bu tipli adamların belə məsələlərə reaksiya verməməsini biz başa düşə bilmirik. Hər halda gec deyil. Krım tipli tarixi ədalətsizlik SSRİ-də ilk dəfə olaraq Zəngəzur haqqında baş verib. Stalin Zəngəzuru ermənilərə verdi. Bununla da Naxçıvan qalan Azərbaycandan eksklav vəziyyətinə düşdü. Əgər Rusiya Krım məsələsini həll edibsə, indi Zəngəzurun Azərbaycana qaytarılması mövzusunu aktuallaşdırmaq lazımdır".
Politoloqun sözlərinə görə, bir şey dəqiq aydındır ki, Rusiyanın Qafqaz siyasəti ermənilərin monopoliyasında qaldıqca Rusiya Cənubi Qafqazda irəliləyə bilməyəcək: "Rusiya Cənubi Qafqaz siyasətini ermənilərin monopoliyasından çıxarmalı, Cənubi Qafqaz respublikalarına qarşı bərabər münasibətli, imkanlara uyğun siyasət aparmalıdır. Ermənistanın tarixi də saxtadır. Heç nəyi olmayıb. Bu regionda nəyi varsa ona rus verib. Onu görə ermənilərin uduzmalı bir şeyi yoxdur. Regionda gərginlik yaranacaqsa, uduzan yalnız Rusiya olacaq".