...

Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirildi

Siyasət Materials 26 May 2014 11:32 (UTC +04:00)
Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirib.
Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.

Müdafiə Nazirliyi bəyan edir ki, KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o mülki işçi vəzifəsindən azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti