...

Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq

Siyasət Materials 29 May 2014 17:20 (UTC +04:00)
Danışıqlar Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun iyunun 5-6-da Moskvaya səfəri çərçivəsində keçiriləcək.
Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq

Azərbaycan, Bakı, 29 may /Trend/

Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq.

Danışıqlar Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun iyunun 5-6-da Moskvaya səfəri çərçivəsində keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Səfər RF Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə baş tutacaq.

Səfir bildirib ki, Azərbaycan spikerinin səfər çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinlə görüşləri planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti