...

Azərbaycan XİN Gürcüstanın Tsxinvali regionunda keçirilən "parlament seçkilərini" tanımır

Siyasət Materials 11 İyun 2014 11:32 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha xatırladır və iyunun 8-də Cənubi Osetiyanın Tsxinvali regionunda keçirilən "parlament seçkilərini" tanımır.
Azərbaycan XİN Gürcüstanın Tsxinvali regionunda keçirilən "parlament seçkilərini" tanımır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha xatırladır və iyunun 8-də Cənubi Osetiyanın Tsxinvali regionunda keçirilən "parlament seçkilərini" tanımır. Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, nazirlik münaqişənin mühüm həllinə nail olunması üçün danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti