Azərbaycan, Bakı, 12 iyun /Trend/
Rusiya BMT Təhlükəsizlik Şurasına (TŞ) Ukraynadakı vəziyyətlə bağlı daha bir qətnamə layihəsi çıxarır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, buna səbəb Ukraynada hərbi əməliyyatlar başlayandan zorakılığın dayandırılması ilə bağlı hər hansı irəliləyişin olmamasıdır.