...

Azərbaycanı QDİƏT XİN Şurasının 30-cu iclasında Mahmud Məmməd-Quliyev təmsil edəcək

Siyasət Materials 18 İyun 2014 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

2014-cü ilin 19 iyun tarixində Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri (XİN) Şurasının 30-cu görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, XİN Şurasının 30-cu iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT İşçi qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti