...

Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Siyasət Materials 25 İyun 2014 12:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb.
Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan Ordusu müasir tələblər səviyyəsində yenidən qurulmuş, peşəkar hərbçi kadrların hazırlanması ön plana çəkilmiş, Ordumuzda vahid komandanlıq prinsipi təmin edilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Bu gün Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.

İnanıram ki, bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti