...

“İrəli” İctimai Birliyi cəbhədəki vəziyyətlə bağlı dünya dövlətləri və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Siyasət Materials 2 Avqust 2014 21:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyi son günlər Azərbaycan-Ermənistan sərhəddində, ümumiyyətlə qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bir sıra dünya dövlətlərinə və beynəlxalq təşkilatlara bəyanat göndərilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "Müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan gəncləri adından bəyan edirik:

Biz - müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik.

Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq.

Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!"

Bəyanat Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), ATƏT-in Minsk qrupu, Avropa Şurası (AŞ), Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatlar (ABŞ) Konqresi və Avstraliya senatına, eləcə də digər dövlətlərinin hökumət və parlamentlərinə ünvanlanıb.

Bundan əlavə, təşkilat tərəfindən facebook sosial şəbəkəsində bu bəyanatın bütün gənclər tərəfindən dünya dövlətlərinə və beynəlxalq təşkilatlara göndərilməsi üçün "event" yaradılıb. "Event"də qeyd edilən xüsusi sistem vasitəsilə ora daxil olanlar sadəcə ad, soyad və e-mail ünvanını qeyd etməklə sənədi dünya dövlətləri və beynəlxalq qurumlara göndərə bilərlər.

Sözügedən "event" və bəyanatla bağlı məlumatı aşağıdakı linkdə əldə etmək olar:

https://www.facebook.com/events/267776063425048/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti