...

Azərbaycanda keçirilən səsvermədə 1000-ə yaxın Türkiyə vətəndaşı yeni prezidentini seçib

Siyasət Materials 3 Avqust 2014 20:37 (UTC +04:00)
Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar avqustun 3-də Azərbaycanda keçirilən səsvermədə 1000-ə yaxın Türkiyə vətəndaşı iştirak edib.
Azərbaycanda keçirilən səsvermədə 1000-ə yaxın Türkiyə vətəndaşı yeni prezidentini seçib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar avqustun 3-də Azərbaycanda keçirilən səsvermədə 1000-ə yaxın Türkiyə vətəndaşı iştirak edib. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, vətəndaşların səsvermələri üçün Bakıda, Naxçıvanda və Gəncədə səsvermə məntəqələri yaradılıb.

Bakıda 838, Naxçıvanda 53, Gəncədə isə 56 Türkiyə vətəndaşı səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti