...

Müsavat Partiyası başqanının müşavirindən iddia: AXCP ilə soyuq müharibə hələ davam edəcək

Siyasət Materials 18 Avqust 2014 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmaması AXCP ilə Müsavat Partiyası arasında olan soyuq müharibənin təzahürlərindən biridir. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy hesab edir ki, iki partiya arasında olan bu soyuq müharibə hələ bələdiyyə seçkilərinə qədər davam edəcək: "Bələdiyyə seçkilərində ya ümumi blok, ya da digər formada iştirak barədə qərar qəbul edənə qədər və ya bələdiyyə seçkilərinə qədər olmasa, gələn il parlament seçkilərində birgə iştirak istiqamətinə yaxınlaşmaya qədər AXCP ilə Müsavat arasında olan soyuq müharibə davam edəcək. Biri hər hansı bir şəkildə müdafiə komitəsi düzəldəcək və yaxud başqa bir təklif irəli sürəcək, o biri bunu bəyənməyəcək. 20 ildir belə davam edir, bundan sonra da belə davam edəcəyinin şahidi olacağıq".

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İ.Qəmbərin təşəbbüsü ilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis edilib. AXCP Mərkəzdə baş verə biləcək intriqalardan uzaq olmaq arqumenti ilə onun toplantılarında iştirak etməkdən imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti