...

Oqtay Əsədov: Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir

Siyasət Materials 2 Sentyabr 2014 15:34 (UTC +04:00)
Bu gün Milli Məclisinin sədri Oqtay Əsədov Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri, Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, sabiq dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov: Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir. Trend-in məlumatına görə, bunu Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri, Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, sabiq dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşündə deyib.

O.Əsədov bildirib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard 200 milyon dollardan çox olub, bu ilin altı ayında isə bu rəqəm 1 milyard 300 min dollar təşkil edib: "Ölkələrimiz arasında ticarət əlaqələrini daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var".

Spiker Almaniya-Azərbaycan Forumunun işini yüksək qiymətləndirdiyini deyib.

Azərbaycan-Almaniya əlaqələrinə toxunan O.Əsədov deyib ki, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir.

O.Əsədov ölkələrimizin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Almaniya parlamentində də Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu diqqətə çatdırıb və dostluq qrupları arasında əməkdaşlığın önəmli olduğunu deyib.

Hans-Eberhard Şlayer Almaniya-Azərbaycan Forumunun ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət etdiyini deyib. O qeyd edib ki, hər iki tərəf Forumun işinin səmərəliyini artırılması üçün öz töhfələrini verir. H.Şlayer Forumun Azərbaycan parlamenti ilə də əməkdaşlığının sevindirici hal olduğunu bildirib.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan qonaq qeyd edib ki, xalqlarımız arasında böyük tarixə malik əlaqələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti