...

Kəmaləddin Heydərov Qırğızıstan Baş nazirinin birinci müavini ilə görüşüb

Siyasət Materials 10 Sentyabr 2014 17:23 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qırğızıstan Baş nazirinin birinci müavini ilə görüşüb.
Kəmaləddin Heydərov Qırğızıstan Baş nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qırğızıstan Baş nazirinin birinci müavini ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, K.Heydərov Qırğız Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycan FHN-nin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat verib, iki dost ölkə arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə sıx əməkdaşlığın mövcud olduğunu deyib. O bildirib ki, Azərbaycan və Qırğızıstan FHN-lərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verir.

Qırğızıstan Baş nazirinin birinci müavini dost və qardaş Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edərək deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi rəsmi Bişkek üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan qarşılıqlı səfərlərin və birgə tədbirlərin həyata keçirilməsi istiqamətində səylər artırılacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti