...

Dövlət Departamenti: ABŞ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inkişafında Azərbaycana göstərilmiş dəstəklə fəxr edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Sentyabr 2014 13:20 (UTC +04:00)
"Əsrin müqaviləsi" rolu iki onilliyin sınağına tab gətirən tarixi hadisədir. Bunu Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində ABŞ Dövlət Departamentinin nümayəndəsi Amos Xokstian dövlət katibi Con Kerrinin məktubundan sitat gətirərək deyib.
Dövlət Departamenti: ABŞ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inkişafında Azərbaycana göstərilmiş dəstəklə fəxr edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"Əsrin müqaviləsi"nin rolu iki onilliyin sınağına tab gətirən tarixi hadisədir. Bunu Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində ABŞ Dövlət Departamentinin nümayəndəsi Amos Hokşteyn deyib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Diplomat deyib: "Bu gün "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun pay bölgüsü haqqında sazişin - "Əsrin müqaviləsi"nin imzalandığı andan 20 il ötür. Birləşmiş Ştatlar Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inkişafında Azərbaycana göstərilən dəstəkdə həlledici rol oynadığına görə qürur duyur".

Onun sözlərinə görə, Bill Klintondan başlamış Barak Obamaya qədər - ABŞ prezidentləri bu layihənin möhkəm tərəfdarı olublar.

Diplomat qeyd edib ki, Bakıdakı bugünkü tədbir üçün 21-ci əsrin yeni layihəsinin - Avropaya Xəzər regionundan qazın çatdırılması layihəsinin başlamasından əlverişli məqam tapmaq mümkün deyil.

A.Hokşteyn deyib ki, bütün ölkələr enerji təhlükəsizliyi imkanına malik olmalıdırlar: "Dünyada heç bir ölkə bir mənbədən və bir enerji təchizatçısından asılılığa məcbur edilə bilməz. Şaxələndirmə bunun vacib hissəsidir".

Onun sözlərinə görə, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin tikilməsi ilə Azərbaycan Avropanın enerji tədarüklərinin şaxələndirilməsində daha böyük rol oynayacaq.

Diplomat əlavə edib ki, bu dəhlizin açılması faktiki olaraq bütün qitənin enerji xəritəsini dəyişdirəcək.

Dövlət Departamentinin nümayəndəsi deyib ki, Azərbaycanın ABŞ, Türkiyə və Avropadakı tərəfdaşları ilə birgə cəhdləri Cənubi Qafqaz dəhlizinin reallaşdırılmasına inanmayan skeptiklərin şübhələrini dəf etdi: "Bizim Azərbaycanla enerji tərəfdaşlığımız daha çox layihələr işləməyə başlayanda daha da möhkəmlənəcək. Bu ilin iyununda Prezident Barak Obamanın bəyan etdiyi kimi, ABŞ bu layihənin başa çatdırılmasına Avropaya qaz ixracının genişləndirilməsi yolunda mühüm addım kimi baxır və bu işdə kömək göstərməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti