...

Azərbaycan və Seynt Vinsent və Qrenadi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 25 Sentyabr 2014 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində Seynt Vinsent və Qrenadinin xarici işlər naziri Kamillo Qonzalves ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, iqtisadi layihələrin icrası və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti