...

İranın Kürdistan əyalətinin bir neçə şəhərində Kobani sakinlərinə dəstək mitinqləri keçiriləcək (FOTO)

Siyasət Materials 10 Oktyabr 2014 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Bu gün cümə namazından sonra İranın Kürdistan əyalətinin Sənəndəc, Saqqız, Banə və Mərivan şəhərlərində Suriyanın Kobani şəhərində "İslam Dövləti" terror qruplaşmasının cinayətlərinin pislənməsi və Kobani əhalisinə dəstək məqsədilə mitinqlər keçiriləcək. Bunu İranın Kürdistan əyalətinin başçısı Əbdülhəmid Zahidi deyib.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Zahidi Kürdistan əyalətinin əhalisini bu mitinqdə aktiv iştirak etməyə çağırıb: "İŞİD terrorçularının İraqda və Suriyada, xüsusilə Kobanidə törətdiyi cinayətlər hər vicdanlı insanı narahat edir. Kobani sakinləri çox ağır vəziyyətdədir və onlara humanitar yardımlar belə çatdırmaq mümkün deyil".

Qeyd edək ki, İranın Kürdistan əyalətinin bəzi şəhərlərində, o cümlədən Mehabad şəhərində ötən iki gün ərzində əhali Kobani sakinlərinə dəstək mitinqləri keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti