...

Serbiya spikeri Azərbaycana gələcək

Siyasət Materials 28 Noyabr 2014 09:00
Serbiya Milli Assambleyasının (parlament) sədri Maya Qoykoviç Bakıda Azərbaycan və Serbiya arasında parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bunu Trend-ə diplomatik mənbə deyib.
Serbiya spikeri Azərbaycana gələcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Səba Ağayeva/

Serbiya Milli Assambleyasının (parlament) sədri Maya Qoykoviç Bakıda Azərbaycan və Serbiya arasında parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bunu Trend-ə diplomatik mənbə deyib.

Onun sözlərinə görə, səfər yaxın vaxtlarda baş tutacaq. Diplomatik kanallar vasitəsilə səfərin dəqiq tarixi dəqiqləşdirilir. Spiker səfər zamanı Milli Məclis və hökumətdə görüşlər keçirəcək.

Mənbə qeyd edib ki, görüşlər zamanı iki ölkənin siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti