...

Mübariz Qurbanlı İndoneziyada keçiriləcək beynəlxalq konfransa dəvət alıb

Siyasət Materials 4 Dekabr 2014 18:04 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib.
Mübariz Qurbanlı İndoneziyada keçiriləcək beynəlxalq konfransa dəvət alıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib.

Görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanla ilə İndoneziya arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir.

Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir isə ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib və onu 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan "İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı"na dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti