...

Səfirlik: İran və ABŞ Bakıda İŞİD-lə bağlı heç bir danışıq aparmayıblar

Siyasət Materials 13 Dekabr 2014 21:07 (UTC +04:00)
Iranın Azərbaycandakı səfirliyi “Bakıda İranla ABŞ arasında gizli İŞİD anlaşması” ilə bağlı yayılan məlumatları təkzib edir.
Səfirlik: İran və ABŞ Bakıda İŞİD-lə bağlı heç bir danışıq aparmayıblar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycandakı səfirliyi Bakıda İran və ABŞ arasında İŞİD-lə bağlı gizli anlaşmanın əldə olunması barədə yayılan məlumatları təkzib edir. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

M.Ayətullahi bildirib ki, Azərbaycanın bəzi KİV-lərində Bakıda İslam Respublikası və ABŞ arasında İŞİD terror qruplaşması ilə bağlı gizli danışıqların aparılması barədə yayılan xəbərlər əsassızdır: "İran və ABŞ rəsmiləri arasında Bakıda heç bir danışıq aparılmayıb".

Qeyd edək ki, bəzi KİV-lərdə "etibarlı mənbə"yə istinadən bu yaxınlarda Bakıda ABŞ və İran nümayəndələri arasında İŞİD-lə bağlı razılıq əldə olunması barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti