ABŞ-ın həbs etdiyi azadlıq

ABŞ-ın həbs etdiyi azadlıq

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları bütün dünya üçün həyati əhəmiyyətə çevrildi. Lakin ABŞ kimi nəhəng və hər kəsi idarə etmək ambisiyasını ortaya qoyaraq imperiya siyasət yürüdən ölkələrdə bu işi görmək üçün xüsusi cəsarət lazımdır. Nəzərə alaq ki, bu imperiyanı Sovet İttifaqı ilə rəqabət dövründə də, ondan sonra da bütün dünyanın sərvətini əllərində cəmləməyə çalışan böyük biznes şəbəkəsinin faktiki təyin etdiyi şəxslər idarə edir. 1990-cı illərin əvvəllərində SSRİ süquta uğradıqdan sonra şəbəkə və onun təyin etdiyi prezidentlər birqütblü dünya nizamını faktiki olaraq rəsmiləşdirdilər və hazırda onu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.

Son illər Culian Assanc və Edvard Snouden ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsus məxfi sənədləri və informasiyaları açıqlayaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əsl üzünü, düşmənləri bir yana qalsın, hətta dostlarına qarşı riyakar davranışını ifşa etdilər. Snouden ABŞ-ın xüsusi xidmət orqanlarının bütün dünyada dövlət və hökumət başçılarının, ayrı-ayrı strukturların, medianın, hüquq müdafiə təşkilatlarının fəaliyyətini, danışıqlarını yaxından izlədiyinə dair çoxsaylı sübutlar ortaya qoydu. Wikileaks və onun rəhbəri Culian Assanc isə Dövlət Departamentinin yazışmalarını bütün dünyaya təqdim edərək ABŞ-ın müxtəlif ölkələrdə apardığı məkrli siyasəti tam ifşa etdi. Təbii ki, şəbəkə və onun iradəsini həyata keçirən Barak Obama məsələni belə qoya bilməzdi və dərhal qisas mexanizmi işə salındı. Onlar cavab zərbəsi endirərək, həmin insanları həbslə susdurmağa çalışdılar. Bu, ABŞ-ın demokratiya və insan hüquqları baxımından necə qəddar bir ölkəyə çevrildiyini sübut edən nümunələrdəndir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin iyununda "The Guardian" və "The Washington Post" qəzetlərinin redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktlar və PRİSM, X-Keyscore, Tempora kimi layihələr barədə məlumatları ötürdü. Pentaqonun məxfi hesabatına əsasən, Snouden 1,7 milyon faylı ələ keçirməyə müvəffəq olmuşdu. Bunların əksəriyyəti ABŞ ordusu, hərbi-dəniz qüvvələri, dəniz piyadaları və hərbi-hava qüvvələrinin həyata keçirdiyi əməliyyatlara aid idi. Məsələ ilə əlaqədar 2013-cü il iyunun 14-də Snoudenə qarşı casusluq və dövlət mülkiyyətinin mənimsənilməsi ittihamları irəli sürüldü və o, beynəlxalq axtarışa verildi. Snouden əvvəlcə Honqkonqa, sonra isə Rusiyaya qaçdı və 2013-cü ilin avqustunda Rusiyada müvəqqəti sığınacaq, sonra isə yaşamaq hüququ aldı. Hazırda Snouden Moskva ətrafında yaşayır və qətlə yetiriləcəyindən qorxaraq evdən bayıra çıxmır. Onun ciddi mühafizə olunduğu da deyilir. Bu da təbiidir, çünki ABŞ xüsusi xidmət orqanlarının belə şəxsləri müxtəlif vasitələrlə aradan götürdüyü heç kimə sirr deyil.

Wikileaks saytının yaradıcısı Culian Assancın taleyi isə daha acınacaqlıdır. Bu, ABŞ-ın müxtəlif adamları ləkələmək, həbs etmək üçün bir tərəfdən hansı mürtəce metodlardan istifadə etdiyini, digər tərəfdən də bəzi ölkələr istisna olmaqla, dünyanın istənilən nöqtəsində ciddi təsir mexanizmlərinə malik olduğunu açıq göstərir. Çünki Assancın qanuni yolla həbsi üçün heç bir hüquqi əsas tapmayan Vaşinqton Avropadakı müttəfiqləri vasitəsilə ona qarşı qurama iş təşkil etdi. 2010-cu il avqustun 20-də İsveç məhkəməsi Assancı iki qadını zorlamaqda şübhəli bilərək onun həbsi ilə bağlı qərar çıxardı. Şübhə isə ondan ibarət idi ki, guya Assanc intim əlaqədə olduğu və adının hansı səbəbdənsə açıqlanmadığı qadının xüsusi qoruyucu vasitələrdən istifadə etmək xahişini nəzərə almayıb. Həmçinin hansısa "miss X" yuxuda olarkən, Assanc qoruyucu vasitə istifadə etmədən onunla cinsi əlaqəyə girib. Çox maraqlıdır ki, Avropa ölkələrinin tam əksəriyyətində bu kimi əməllər təsdiqini tapdıqda belə cinayət məsuliyyətinə alınmırlar. İsveç isə bu mənada istisna təşkil edir. C.Assanc müxtəlif ölkələrdə qadınlarla intim əlaqələrdə ola bilərdi, amma belə hallar yalnız İsveçdə cinayət məsuliyyəti doğurduğuna görə, Wikileaks rəhbərinə də məhz bu ölkədə cinayət işi açıldı. Özü də Wikileaks-ın ifşaedici materiallar yaymasından dərhal sonra.

Culianın özü müxtəlif nəşrlərə müsahibələrində bildirib ki, bu ittihamlar saxtadır və Wikileaks-də "əfqan işi" açıqlandıqdan sonra ona qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. Maraqlıdır ki, bundan sonra İsveç hakimiyyəti Assancın həbsi ilə bağlı qərarı ləğv etsə də, 2010-cu il sentyabrın 1-də "zorlama" məsələsi ilə bağlı iş yenidən qaldırıldı. Noyabrın 18-də C.Assancın həbsinə order verildi, dekabrın 8-də isə İnterpol onu beynəlxalq axtarışa elan etdi. Assancın Böyük Britaniyaya sığınmaq cəhdi də uğursuz alındı və London məhkəməsi onun İsveçə ekstradisiyası ilə bağlı qərar çıxardı. Nəticədə Wikileaks rəhbərinin Ekvadorun Londondakı səfirliyinə sığınmaqdan başqa çıxış yolu qalmadı.

Məsələnin gülünc tərəfi də odur ki, bu günə kimi Assanca qarşı rəsmi şəkildə əsaslı heç bir ittiham irəli sürülməyib. İsveç polisi iddia edir ki, ehtimal olunan cinayət işinin təfərrüatının aydınlaşdırılması üçün onu sorğulamaq istəyir. Ekvador səfirliyinin onunla səfirlikdə görüşmək təklifi də səbəbi göstərilmədən rədd edilib.
Əlbəttə, C.Assancın işi siyasi motivlidir və Wikileaks-in fəaliyyəti ilə birbaşa bağlıdır. ABŞ hökuməti Avropadakı müttəfiqlərinin əli ilə Assancın səsini boğmağa və təcrid etməyə çalışsa da, onun Ekvadorun səfirliyinə sığınması Vaşinqtonun bütün kartlarını dolaşdırdı. Medianın yaydığı məlumata görə, Britaniya hökuməti Assancı həbs etmək üçün Londondakı Ekvador səfirliyinə hücum təşkil etmək planından son anda imtina edib. Buna səbəb isə belə halın həm də ciddi diplomatik qalmaqala səbəb olacağı riski ilə bağlı olub.

Əslində, məsələ ətrafında dərindən düşündükdə, aydın olur ki, həbs təhlükəsi ilə bağlı Ekvador səfirliyini tərk edə bilməyən C.Assanc sadəcə daha rahat həbsxanadadır. Onun İsveçrədəki bank hesabları bloklanıb, Wikileaks-in beynəlxalq ödəniş sistemlərinə çıxışı qapadılıb, Assancın tərəfdarlarının Facebook və Twitterdəki akkauntlarının fəaliyyəti də dayandırılıb. Ekvador səfirliyindəki balaca bir otaqda onun yatağı, kitab rəfi, masası, oturacağı və gündüz işığı var. 2012-ci il sentyabrın 27-də isə ABŞ onu "dövlətin düşməni" elan edib.

C. Assancın hüquqlarını müdafiə edən Daniel Ellsberq deyir ki, artıq 4 ildir Wikileaks rəhbəri əsaslı ittiham irəli sürülmədən təqib olunur: "O, İsveç hökumətindən ABŞ-a ekstradisiya olunmayacağı və üzərində ədalətli məhkəmə həyata keçiriləcəyi barədə heç bir zəmanət ala bilmir. Assanc 900 gündən artıqdır ki, ittihamsız Ekvadorun səfirliyindədir. Beynəlxalq hüquq, hətta sağlam məntiq baxımından bu, sadəcə hiddət doğurur. Mən hesab edirəm ki, bu insan bütün dünyanın minnətdarlığına layiqdir, bunun əvəzində isə heç bir ittiham irəli sürülmədən təcrid vəziyyətində qalmağa məhkumdur. İndiki əsassız ittihamlar aradan götürülməli və o, azad olunmalıdır".
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutudur. Üstəlik, ABŞ əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur. Kimləri böyük qrantlar ayıraraq satın almaqla, kimləri isə təhdid və şantajla. Bariz nümunə kimi Böyük Britaniya hökumətinin Wikileaks-ın məlumatlarını yayan "The Guardian" nəşrinə təzyiqlərini göstərmək olar.

Amma iş bütün bunlarla da bitmir. Bu gün də müxtəlif vəzifəli şəxslər Vaşinqtonun siyasəti əleyhinə çıxanlara qarşı hüquqi çərçivədə ölçü götürülməsi ilə bağlı təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslərin birbaşa Ağ evlə bağlı olduğuna dair kifayət qədər şübhələr mövcuddur. Məsələn, senator Co Libermanın Assancın casusluqda təqsirli bilinərək həbsini təmin edəcək qanun layihəsi irəli sürmüşdü və onun lobbiçiliyini həyata keçirmişdi. Alyaskanın qubernatoru Sara Peylin isə internet səhifəsi və şəxsi e-maili vasitəsilə Assancı fiziki cəhətdən məhv etməyə çağırmışdı.

ABŞ özünün nəhəng resursları ilə dünyanı ələ alıb və bütün alternativ fikirli hökumətləri devirməyə, müstəqil qurumları gözdən salmağa və ya satın almağa, Assanc və Snouden kimi bütün dünya üçün mühüm iş görən azad fikirli insanları isə təcrid etməyə, bu mümkün olmadıqda isə aradan götürməyə çalışır. Sonra isə demokratiyadan, yüksək ideallardan dəm vurur. Lakin bu ölkənin özündə vəziyyət kifayət qədər acınacaqlıdır. Amerika xalqı şəbəkənin və Prezident Obamanın insanların həyatını fərdi qaydada əzməsindən və bütövlükdə azadlıq anlayışını həbs etməsindən narahatdırlar. Bu yaxınlarda Ferqyusonda baş verən hadisələr də həyatın bir küncünə sıxılmış, təhlükəsiz şəraitdə, qorxusuz yaşamaq istəyən, elementar hüquqlarının təmin olunmasını tələb edən insanların mövcud sistemə, üsul-idarəyə qarşı sərt etirazı idi. Bütün dünya əsl siması Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXl əsrdə imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın özünə ziyan vuracaq.

"Azərbaycan" qəzeti

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
Loading Bars
Xəbər lenti
Parisdə etiraz aksiyasında 8 polis əməkdaşı xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 9 349 nəfərə çatıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 645 mindən çox artıb
Bottas "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb
Türkiyədə koronavirusdan sağalanların sayı 427 mini keçib
Çində mədəndə partlayış olub, çox sayda ölən var
Koronavirus qripdən necə fərqlənir?
Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə edib
Gürcüstanda koronavirusdan daha 37 nəfər ölüb
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ermənistan müxalifəti Paşinyanın dekabrın 8-ə qədər istefaya getməsini tələb edib
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib və “İlin Könüllüsü” mükafatı qalibləri elan olunub (FOTO)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevi təbrik edib
AŞF FİDE-yə müraciət ünvanlayıb
Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif! (VİDEO)
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Bütün xəbərlər