...

Xalq şairi Fikrət Qoca: “Prezident İlham Əliyev hələ Azərbaycan xalqına çox lazımdır”

Siyasət Materials 24 Dekabr 2014 16:00 (UTC +04:00)
"Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan xeyli inkşaf edib, çoxlu binalar, yollar, mədəniyyət mərkəzləri istifadəyə verilib, gələn il ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək.
Xalq şairi Fikrət Qoca: “Prezident İlham Əliyev hələ Azərbaycan xalqına çox lazımdır”

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan xeyli inkşaf edib, çoxlu binalar, yollar, mədəniyyət mərkəzləri istifadəyə verilib, gələn il ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu gün dünyada vəziyyət o qədər də ürəkaçan deyil, ancaq Azərbaycan öz möhkəmliyini qoruyub saxlaya bilir". Bunu Trend-ə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca deyib.

F.Qoca bildirib ki, Azərbaycanın imkanları artır, dünyada daha yaxşı tanınır, ilbəil bu irəliləyişin şahidi oluruq: "Bütün bunlar çox ağır zəhmət hesabına başa gəlir. Bu, gecə yatıb səhər işə gəlməklə başa gəlmir. Bu, yuxusuz gecələrin bəhrəsidir".

Onun sözlərinə görə, dövlət başçısı yazıçılara daim diqqət göstərir: "Cənab Prezident həm yaşlı, həm də gənc nəsildən olan yazıçılara təqaüd ayırıb. Çörək dərdi çəkməyəndə yazıçı da cavanlaşır. Azərbaycanda müdrik siyasət yürüdülür, ulu öndər Heydər Əliyevin işi uğurla davam etdirilir. Azərbaycan irəli addımlayır. İlham Əliyev hələ Azərbaycan xalqına çox lazımdır".

Xalq şairi əlavə edib ki, bir tərəfdən ermənilərin, digər tərəfdən bəzi beynəlxalq güclərin Azərbaycana qarşı təxribatı mövcud olan bir vaxtda Azərbaycanda belə inkişafa nail olmaq çox çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti