...

Qubad İbadoğlu Müsavat Partiyası sıralarından xaric edildi

Siyasət Materials 6 Fevral 2015 21:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. Trend xəbər verir ki, Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar çıxarılıb.

Qərarda qeyd edilib ki, Q. İbadoğlu Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.

Qeyd edək ki, Q.İbadoğlu partiyanın son qurultayının qərarına etiraz edərək, yenidən qurultayın çağrılmasını istəyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti