...

Əli Həsənov: "ABŞ Nümayəndələr Palatasının alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram"

Siyasət Materials 12 Fevral 2015 15:26 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram.
Əli Həsənov: "ABŞ Nümayəndələr Palatasının alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram"

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Azərbaycan parlamenti, QHT-ləri də ümumi şəkildə və ya ayrı-ayrı ölkələrdəki proseslərlə bağlı müzakirələr, dinləmələr keçirirlər: "Lazım olarsa, biz də hökumət olaraq belə dinləmələr keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü müasir dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy ABŞ-da da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi ABŞ-da baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə olaraq belə müzakirələr keçirməyin bir prinsipial məqamları var: ora təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda, Azərbaycandakı mövcud vəziyyəti doğrudan da bilən və obyektiv qiymətləndirən insanlar da dəvət olunmalı, müzakirələri birtərəfli yox, neytral aparmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti