...

Strateji Araşdırmalar Mərkəzi: "Yaxın gələcəkdə yeni münaqişələrin şahidi ola bilərik"

Siyasət Materials 18 Fevral 2015 17:01 (UTC +04:00)
"Əgər hər hansı bir ölkənin sərhədlərinə təhdid mövcuddursa, onların silahlı yolla dəyişdirilməsinə cəhd varsa, dünya ictimiayyətində buna qarşı birmənalı cavab formalaşmalı, günahkar tərəfə sanksiyalar tətbiq olunmalıdır. Əgər bu sanksiyalar bir ölkəyə tətbiq olunur, digərinə isə tətbiq olunmursa, o zaman əlbəttə ki, biz yaxın gələcəkdə dünyada yeni münaqişələrin şahidi ola bilərik".
Strateji Araşdırmalar Mərkəzi: "Yaxın gələcəkdə yeni münaqişələrin şahidi ola bilərik"

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

"Əgər hər hansı bir ölkənin sərhədlərinə təhdid mövcuddursa, onların silahlı yolla dəyişdirilməsinə cəhd varsa, dünya ictimiayyətində buna qarşı birmənalı cavab formalaşmalı, günahkar tərəfə sanksiyalar tətbiq olunmalıdır. Əgər bu sanksiyalar bir ölkəyə tətbiq olunur, digərinə isə tətbiq olunmursa, o zaman əlbəttə ki, biz yaxın gələcəkdə dünyada yeni münaqişələrin şahidi ola bilərik".

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.

SAM-ın direktorunun sözlərinə görə, Qərbin Ukraynanın ərazi bütövlüyü məsələsində ona dəstək olması, Krım və Donbasdakı separatçılara qarşı sanksiyalar tətbiq etməsi, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Dağlıq Qarabağın separatçı rejiminə və işğalçı Ermənistana qarşı heç bir şey etməməsi Azərbaycan tərəfindən ikili standartların nümunəsi kimi qiymətləndirilir: "Qərb ölkələrində həm Krımın Rusiya tərəfindən işğal edilməsi, həm də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması qəbul olunub. Belə ki, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bu da həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini təsdiq edir. Lakin bu iki oxşar məsələdə işğalçılara fərqli münasibət sərgilənir. Bu isə Azərbaycanda birmənalı qarşılanmır".

F.Məmmədov qeyd edib ki, bir tərəfdən çox böyük iqtisadi münasibətlərə və nüvə silahına sahib olan Rusiyaya, eləcə də Krımda və Donbas bölgəsindəki separatçılara, onlara maliyyə dəstəyə göstərən qurumlara qarşı siyasi, hüquqi, iqtisadi sanksiyaların tətbiq edilməsinin şahidi oluruq. Digər tərəfdən isə Ermənistana, bu ölkənin rəhbərliyinə və Dağlıq Qarabağ separatçılarına qarşı ümumiyyətlə hər hansı sansksiya tətbiq edilmir: "Əksinə, ABŞ tərəfindən separatçı rejimə maliyyə dəstəyi göstərilir. Bundan əlavə, separatçı rejimin rəhbərliyinin Ermənistan pasportu ilə Qərb ölkələrində, o cümlədən ABŞ-da müxtəlif tədbirlərdə iştirak etməsinə, onlara müxtəlif bəhanələrlə bu ölkələrdə maddi yardımların, ianələrin toplanmasına şərait yaradılır. Prezident İlham Əliyev də həm Davos Dünya İqtisadi Forumunda, həm də Münhen Təhlükəsizlik Konfransında bununla bağlı qeyd etmişdi ki, vahid mövqe sərgilənməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti