...

Azərbaycan və Aİ insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 23 Fevral 2015 16:21 (UTC +04:00)
Stavros Lambiridisin Bakıya səfəri zamanı Azərbaycan və Aİ arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Azərbaycan və Aİ insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambiridisin Bakıya səfəri zamanı Azərbaycan və Aİ arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu barədə Trendə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Səfər fevralın 23-dən 26-dək davam edəcək. Səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, S.Lambiridis bu vəzifəyə 2012-ci il sentyabrın 1-də təyin olunub. Onun əsas işi Aİ-nin insan hüquqları sahəsində xarici siyasətinin səmərəliliyinin artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti