...

Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib (FOTO)

Siyasət Materials 24 Fevral 2015 20:44 (UTC +04:00)
Prezident İlham Əliyev Mingəçevirdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti