Latviya Seymi Xocalı soyqırımı haqqında bəyanat qəbul etdi (FOTO)

Siyasət Materials 26 Fevral 2015 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilib.

Azərbaycanın Latviyadakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bəyanat Seymin 53 deputatı tərəfindən imzalanıb.

Bəyanatda Xocalı faciəsinin ildönümünü qeyd edən Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir.

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti