Azərbaycan, Bakı, 19 mart /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.