...

MDB ölkələri BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında birgə bəyanat veriblər

Siyasət Materials 27 Mart 2015 22:21 (UTC +04:00)
BMT-nin İnsan Hüquqları Şurasının martın 27-də Cenevrədə keçirilmiş 28-ci sessiyasında Belarus və Rusiya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın dəstəyi ilə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.
MDB ölkələri BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında birgə bəyanat veriblər

Azərbaycan, Bakı, 27 mart /Trend/

BMT-nin İnsan Hüquqları Şurasının martın 27-də Cenevrədə keçirilmiş 28-ci sessiyasında Belarus və Rusiya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın dəstəyi ilə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd edilib ki, nasizmin darmadağın edilməsində həlledici kömək göstərmiş, böyük insan tələfatı və maddi itkilər vermiş ölkələrimizin xalqları üçün 9 may - Qələbə Gününün xüsusi əhəmiyyəti vardır. Döyüş meydanlarında həlak olanların hamısı və nasizmin bütün qurbanları ehtiramla yad edilir.

BMT-nin İnsan Hüquqları Şurasının diqqətinə çatdırılıb ki, müharibənin dərslərini unutmaq, onun yekunlarına səhv mənəvi və hüquqi qiymətlər vermək cəhdləri yolverilməzdir. Nasizm hərəkatının qəhrəmanlaşdırılması, faşizm ideologiyasının yenidən baş qaldırması etnik, irqi və dini dözümsüzlük, ayrı-seçkilik, ekstremizm və nifrətin yayılmasına gətirib çıxarır. Yeni faciələrə yol verməmək, gələcək nəsillər üçün sülh və təhlükəsizliyi qoruyub saxlamaq məqsədilə dünyanın bütün ölkələri və xalqları bu təhlükələrlə mübarizə aparmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti