...

Azərbaycan "altılıq" ölkələri ilə İran arasındakı danışıqlarda irəliləyişi alqışlayır

Siyasət Materials 3 Aprel 2015 13:49 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır
Azərbaycan "altılıq" ölkələri ilə İran arasındakı danışıqlarda irəliləyişi alqışlayır

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.

Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti