Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək Türkiyənin İstanbul şəhərində hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası, aprelin 6-dan 17-dək Pakistanın Kəraçi şəhərində kiçik zabitlər üçün taktika kursu, ABŞ-ın Nyuport şəhərində "Kölgə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək isə Rumıniyanın Rımniku-Vılça şəhərində partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.