...

Azərbaycanın hakim partiyası Roma papasının "soyqırım" bəyanatına münasibətini açıqladı

Siyasət Materials 13 Aprel 2015 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Roma Papası bu bəyanatı verməzdən əvvəl gərək götür-qoy edərdi". Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Roma Papası Fransiskin 1915-ci il hadisələrinin ermənilərə qarşı "soyqırım" olması barədə bəyanatına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu cür yanlış bəyanatlar dinlər arasında soyuqluğun yaranmasına xidmət edir.

S.Novruzov bildirib ki, erməni diasporu uzun müddətdir ki, qondarma "erməni soyqırımı"nın tanıdılması ilə əlaqədar müxtəlif ölkələrdə və təşkilatlarda təbliğat işləri aparır: "Bunlar hamısı yanlışdır, tarixdə belə bir şey olmayıb, bu bəllidir, lakin ermənilər lobbiləri vasitəsilə ayrı-ayrı ölkə başçılarını, din xadimlərini yoldan çıxararaq düzgün olmayan məlumatlar əsasında onların belə bəyanatlar verməsinə nail olmağa çalışırlar. Hər il çalışırlar ki, ABŞ prezidentlərini də belə bir bəyanat verməyə təhrik etsinlər, ancaq ABŞ prezidentləri heç vaxt bu qondarma "soyqırımı" tanımayıblar".

Millət vəkili Roma Papasının öz bəyanatlarında diqqətli olmasının vacibliyini qeyd edib: "Gərək Roma Papası götür-qoy edib sonra bəyanat verərdi. Çünki Roma Papası dövlət başçısı olmaqla yanaşı, bütün dünya katoliklərinin rəhbəridir. Bu bəyanat dinlər arasında soyuqluğun yaranmasına da xidmət edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti