Azərbaycan, Bakı, 27 fevral /Trend
Ermənilərin 1915-ci il hadisələri ilə bağlı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Ünüvar bildirib ki, ermənilərin iddialarının əksinə olaraq, məhz erməni quldur dəstələrinin 1915-ci ildə türklərə qarşı kütləvi qırğınlar törətdiyi barədə yüzlərlə fakt var.
Onun sözlərinə görə, daha yaxşı olar ki, dünya ictimaiyyəti 100 il bundan əvvəl olan və heç bir tarixi faktlara əsaslanmayan hadisələrə diqqət yetirmək əvəzinə, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiklərini görsünlər.
"Dağlıq Qarabağ münaqişəsi həlli olunması gərəkən ən vacib məsələlərdən biridir" - deyə o qeyd edib.