...

Oqtay Əsədov: "Sovet dövründə ermənilərn cəhdləri artmışdı"

Siyasət Materials 7 May 2015 18:11 (UTC +04:00)
“SSRİ dövründə Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alınırdı”.
Oqtay Əsədov: "Sovet dövründə ermənilərn cəhdləri artmışdı"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

"SSRİ dövründə Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alınırdı".

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Azərbaycan müasir dünyada" adlı kitabda nəşr edilən məqaləsində qeyd edib.

O.Əsədov vurğulayıb ki, SSRİ-nin 1977-ci ildə qəbul olunmuş konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri artmışdı: "Onlar İttifaq rəhbərliyindəki havadarlarının köməyi ilə Dağlıq Qarabağın statusu məsələsini ortaya atmağa çalışırdılar. Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı".

O, qeyd edib ki, Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi: "1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu".

Daha sonra spiker məqalədə həmin vaxtdan sonra Azərbaycanın ağır duruma düşməsi və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün bunlara son qoyulması haqqında yazır: "Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti