Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Elçin Mehdiyev/
Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, bu iş araşdırılır və günahkarlar cəzalandırılacaq.
O.Əsədov qeyd edib ki, hazırda yanğınla bağlı yaradılan xüsusi dövlət komissiyası gərgin işləyir: "Hadisənin səbəbləri araşdırılır, təqsirli şəxslər müəyyənləşdirilir. Hadisə zamanı ziyan çəkən insanlara yardımlar olunur. Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar aradan qaldırılacaq".
Sonra yanğın zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.